“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq olub

“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq olub Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq olub.
Hadisə
19 Sentyabr , 2018 12:48
“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq olub
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, sentyabrın 18-də saat 6 radələrində 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış “London Taxi” markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçıb. Sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçıblar.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vitaliy Zeynalov saxlanılıblar. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi