Litvada amerikalı hərbçi ilə Azərbaycan vətəndaşları arasında dava olub

Litvada amerikalı hərbçi ilə Azərbaycan vətəndaşları arasında dava olub Amerikalını döyən azərbaycanlılardan biri saxlanılıb
Hadisə
15 İyun , 2018 14:31
Litvada amerikalı hərbçi ilə Azərbaycan vətəndaşları arasında dava olub

Bakı. 15 iyun. REPORT.AZ/ Litvada amerikalı hərbçi Azərbaycan vətəndaşları ilə dava edib.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, insident Kaunas şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Məlumata görə, dava gecə saat 2 radələrində mülki geyimdə olan amerikalı hərbçi ilə iki azərbaycanlı arasında olub. İnsidentin iştirakçıları sərxoş vəziyyətdə olublar. Amerikalını döyən azərbaycanlılardan biri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi