Lerikin icra başçısının müavini: "Zəlzələ zamanı vətəndaşlara dəyən faktiki ziyan dəqiqləşdirilir"

Lerikin icra başçısının müavini: "Zəlzələ zamanı vətəndaşlara dəyən faktiki ziyan dəqiqləşdirilir" Lerik. 3 sentyabr. REPORT.AZ/ Lerik rayonunda baş verən zəlzələ zamanı vətəndaşlara dəyən faktiki ziyan dəqiqləşdirilir.
Hadisə
3 Sentyabr , 2018 18:02
Lerikin icra başçısının müavini: Zəlzələ zamanı vətəndaşlara dəyən faktiki ziyan dəqiqləşdirilir

Lerik. 3 sentyabr. REPORT.AZ/ "Lerik rayonunda baş verən zəlzələ zamanı vətəndaşlara dəyən faktiki ziyan dəqiqləşdirilir".

Bunu "Report"un Cənub bürosuna açıqlamasında Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib.

Onun sözlərinə görə, avqustun 28-də 5,1 bal gücündə episentri Lerik rayonunun Davradibi kəndində olan zəlzələ rayonun 162 yaşayış məntəqəsindən 74-də daha çox hiss olunub: "Eyni zamanda Bibiyani, Vizəzəmin, Tikəband kəndlərində də zəlzələ eyni gücdə hiss olunub. Həmçinin Piran-Hamarat, Siyov, Züvüc, Veri, Çayrud kəndləri də zəlzələnin ən çox fəsad törətdiyi ərazilərdir". 

H.Məlikov deyib ki, ümumilikdə, rayon icra hakimiyyətində yaradılan komissiyaya 29 ərazi icra nümayəndəliyindən müraciətlər daxil olub: "Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Operativ şəkildə seçmə qaydada evlərə baxış keçirilib. Yaxın günlərdə bir daha nümayəndələr rayonda olacaq. Dəyən faktiki ziyan müəyyənləşdiriləcək". 

Son xəbərlər

Orphus sistemi