Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib
Hadisə
- 18 may, 2024
- 14:33
Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib.
“Report”un Cənub bürosunun məlumatına görə, gün ərzində ərazidə yol istismar idarəsinin daxili imkanları hesabına təmizlik işləri aparılıb.
Rayonun Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynovun bildirdiyinə görə, səhər saatlarından görülən işlər nəticəsində yolda hərəkət qismən bərpa olunub:
"İri qaya parçalarını götürmək üçün əlavə texnikalara ehtiyac var. Ərazidə təhlükəli vəziyyət qalmaqdadır. Bu səbəbdən ərazidə təhlükəsizlik zolağı yaradılıb və polis növbəli xidmət aparır".
Mayın 17-də Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb. Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.
Son xəbərlər
16:56
Avropa Komissiyası Rusiya və Belarusdan idxaldan imtina təşəbbüsünü qeydə alıb
Digər ölkələr16:55
Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb, 160 abonent qazsız qalıb
Hadisə16:54
AMB-nin baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Maliyyə16:53
Azərbaycan Basketbol Liqasında XV tura start verilib
Komanda16:51
Aİ Ukrayna və Moldovaya 153 milyon avroluq humanitar yardım göndərəcək
Digər ölkələr16:43
Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
Fərdi16:42
Azərbaycanın hərbi qulluqçuları Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurublar
Hərbi16:36
"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb
İKT16:36