Lerikdə dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb - YENİLƏNİB
- 25 dekabr, 2017
- 09:15
Lerik. 25 dekabr. REPORT.AZ/ Lerik rayonunda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, 23-də rayonun Çayrud inzibati ərazi vahidliyinə daxil olan Andurma kəndində baş verən hadisə zamanı xəsarət alan Niyaməddin Alibəy oğlu Nəcəfov xəstəxanada ölüb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
***22:18
Lerik. 23 dekabr. REPORT.AZ/ Lerik rayonunda avtomobil dərəyə aşıb.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Çayrud inzibati ərazi vahidliyinə daxil olan Andurma kəndində baş verib.
Belə ki, Andurma kənd sakini 28 yaşlı Niyaməddin Alibəy oğlu Nəcəfov "Chevrolet" markalı 10 XC 789 dövlət qeydiyyat nişanlı avtomobili ilə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yüksəklikdən dərəyə aşıb və sürücü ciddi bədən xəsarətləri alıb. N.Nəcəfov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti ağırdır.
Faktlıa bağlı araşdırmalara başlanılıb.