Lerikdə avtomobil divara çırpılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Lerikdə avtomobil divara çırpılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB Lerik rayonunda başverən hadisə zamanı xəstəxanaya yerləşdirlən yaralalardan biri orda ölüb.
Hadisə
13 Sentyabr , 2019 12:12
Lerikdə avtomobil divara çırpılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Lerik rayonunda başverən hadisə zamanı xəstəxanaya yerləşdirlən yaralalardan biri orda ölüb. 

"Report" un yerli bürosu xəbər verir ki, rayonun Gürdəsər kənd sakini Ş.Xosrofov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı divara vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Şirvan Məmmədov orada ölüb.

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


*** 10:23

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 "Report"un yerli bürosu xəbər verir ki, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi