Lerikdə avtomobilin dərəyə aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Lerikdə avtomobilin dərəyə aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB Lerikdə avtomobil dərəyə aşıb ölən və yaralılar var.
Hadisə
4 May , 2023 13:42
Lerikdə avtomobilin dərəyə aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Lerikdə avtomobilin dərəyə aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

“Report”un Cənub bürosunun məlumatına görə, qəza zamanı Lənkəran rayonunun Kərgəlan kənd sakini, 2004-cü il təvəllüdlü Rəvan Çingiz oğlu İbadzadə dünyasını dəyişib.

Onun həmkəndliləri – sürücü, 1998-ci il təvəllüdlü Zəka Əfrahim oğlu Həmidovla 1999-cu il təvəllüdlü Amin İntiqam oğlu İbadov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Z.Həmidov Qarabağ qazisidir.

10.50

Lerik rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik yolunun 39-cu kilometrində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, hadisə zamanı bir nəfər yerindəcə ölüb, azı iki nəfər yaralanıb.

Yaralılar və ölən şəxs deformasiyaya uğrayan avtomobildən çıxarılıblar.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi