Lerikdə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Lerikdə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb Ailə üzvləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas edə bilməyiblər
Hadisə
19 İyul , 2017 02:01
Lerikdə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Lerik. 19 iyul. REPORT.AZ/ Lerikdə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un cənub bürosunun verdiyi xəbərə görə bədbəxt hadisə rayonun Günəşli kəndində baş verib.

40 yaşlı kənd sakini, Şərifov Müzəffər Şahvəli oğlu yaşadığı evin hamamında kustar üsulla düzəldilmiş qızdırıcı ilə ehtiyatsız davranıb. Elektrik enerjisinin kəsildiyindən xəbərsiz olan M.Şərifov qızdırıcının naqilində problem olduğunu düşünüb. Xətti təmir etmək istəyəndə enerji verilişi bərpa olunub. Nəticədə cərəyan onu vurub. Ailə üzvləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas edə bilməyiblər.  

Son xəbərlər

Orphus sistemi