Bakı. 17 may. REPORT.AZ/ Axşam saatlarında Lənkəranın Sütəmurdov kəndi ərazisində baş verən yol qəzası nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.
"Report" xəbər verir ki, qəza "Daewoo" markalı "10-PS-727" qeydiyyat nişanlı avtomobil "VAZ-2107" markalı "42-BT-994" dövlət nömrə nişanlı maşınla toqquşması nəticəsində baş verib.
Hadisənin "Daewoo"nu idarə edən sürücünün səhvi səbəbindən baş verdiyi, həmçinin sürücünün sərxoş olduğu üçün hadisə yerindən qaçdığı bildirilir.
Hazırda onun saxlanılması istiqamətində əməliyyat tədbirləri görülür.
Yaralıların hamısı - Rəhimov Fuad (1971-ci il təvəllüdlü), Rəhimova Sənubər (1978), Rəhimli Cəmil (1999) və Hacızadə Teymur (1994) Lənkəran şəhər sakinləridirlər.