Yuxarı

​Lənkəranda baş vermiş yanğın zamanı bir nəfər xəsarət alıb

İkimərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 10 kv.m sahədə yanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Lənkəranda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 45 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi