Lənkəranda yandırılmış vəziyyətdə tapılan meyitin kimliyi məlum olub - YENİLƏNİB
- 26 oktyabr, 2023
- 15:40
Lənkəranda yandırılmış vəziyyətdə tapılan meyitin kimliyi məlum olub
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirlir.
17:07
Lənkəran rayonunda meyit tapılıb.
"Report"un cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun "Kiçik bazar" deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb.
Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
Meyitin kimə məxsus olması və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.