Lənkəranda uşaq evinin sakinləri arasında bıçaqlanma olub
Hadisə
- 06 sentyabr, 2017
- 19:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəran. 6 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, insident Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində qeydə alınıb.
Uşaq evinin sakini olan 16 yaşlı Abdullayev Emil Tofiq oğlunun eyni tərbiyə müəssisəsində yaşayan Seyran adlı digər bir yoldaşı tərəfindən bıçaqlandığı söylənilir. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan E.Abdullayev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yeniyetmənin vəziyyəti stabildir.
Hadisəni törətməkdə şübhəli bilinən digər yeniyetmə istintaqa cəlb edilib. İnsidentin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.
Son xəbərlər
04:12
"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub
Futbol
03:38
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
Digər ölkələr
03:07
Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb
Digər ölkələr
02:40
Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekord müəyyənləşdirib
Futbol
02:14
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
Digər ölkələr
01:50
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
Ekologiya
01:29
İtaliyanın keçmiş polis rəisi mafia ilə bağlı istintaq fonunda intihar edib
Digər ölkələr
00:53
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
Digər ölkələr
00:11
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
Digər ölkələr