Lənkəranda toy mərasiminə gedən avtomobil qəzaya düşüb: xəsarət alanlar var

Lənkəranda toy mərasiminə gedən avtomobil qəzaya düşüb: xəsarət alanlar var Hadisə nəticəsində 3 qadın xəsarət alıb
Hadisə
1 İyul , 2017 19:33
Lənkəranda toy mərasiminə gedən avtomobil qəzaya düşüb: xəsarət alanlar var
Courtesy İmage

Lənkəran. 1 iyul. REPORT.AZ/ Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı, 42 BH 634 dövlət seriya nişanlı avtomobillə "VAZ 21011" markalı, 43 BC 856 seriyalı avtomobillərin toqquşması nəticəsində 3 qadın xəsarət alıb. Məlumata görə, onlar toy mərasiminə gedirmiş. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi