Lənkəranda taksi sürücüsünü qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Lənkəranda taksi sürücüsünü qətlə yetirən şəxsin məhkəməsi başlayıb Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
166
8 Dekabr , 2021 17:32
Lənkəranda taksi sürücüsünü qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, bu il iyulun 27-də Lənkəran rayonunun Talışlı kənd sakini İlham Cavadovun yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakini E.Hüseynzadənin taksi sürücüsü kimi fəaliyyət göstərən zərərçəkmişin avtomobilinə sərnişin qismində minib, evə çatdıqdan sonra aralarında yaranan mübahisə zamanı bıçaqla İ.Cavadova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və daha sonra evinin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

E.Hüseynzadə şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi