Lənkəranda 3 yaşlı uşağın ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin “Report”un cənub bürosuna verdiyi məlumata görə, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) 17.12.2023-cü il tarixində saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib.
Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.
Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb.
"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Şirinsu qəsəbə sakini - 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadə də bir həftə əvvəl yüksək hərarət müşahidə olunub. O, ev şəraitində müalicə alıb. Lakin ötən gündən uşaqda yenidən hərarət yaranıb. Təcili tibbi yardım xidmətinə müraciət olunub. İlk tibbi yardımdan sonra uşağın xəstəxanada müalicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb. Lakin ailə üzvləri buna razılaşmayıb. Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən xəstəxanaya gətirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ailənin digər 4 yaşlı övladı Yunus Elvin oğlu Abızadə də hərarət müşahidə olunduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.