Lənkəranda qadını döyüb, pulunu alan şəxslər tutulub

Lənkəranda qadını döyüb, pulunu alan şəxslər tutulub Əməliyyatda yol polisinin əməkdaşları da iştirak edib
Hadisə
31 Avqust , 2016 13:20
Lənkəranda qadını döyüb, pulunu alan şəxslər tutulub

Bakı. 31 avqust. REPORT.AZ/ Lənkəran rayonunda qadını döyüb pulunu alan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rayon sakini Dilarə Mirzəyeva həmyerlilərinin hücumuna məruz qalıb.

Baş Dövlət Yol Polisi və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Cəmil Mirzəyev və Zəfər Qurbanov saxlanılıblar.

C.Mirzəyevin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun 7 noyabr 2012-ci il tarixdə D.Mirzəyevanın evindən 2 000 manat və 400 ABŞ dolları oğurlaması da müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi