Maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib, xəsarət alan var

Maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib, xəsarət alan var Lənkəran rayonunda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib.
Hadisə
7 Oktyabr , 2021 09:57
Maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib, xəsarət alan var

Lənkəran rayonunda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Girdəni kəndində qeydə alınıb.

Məlumata görə, basqınçılar üç nəfər olub. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispeçer otağına soxulub və pulları qarət etmək istəyib. Yanacaqdoldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. Nəticədə tərəflər arasında dava düşüb. Bu zaman Girdəni kənd sakini, 1983-cü il təvəllüdlü Amid Şakir oğlu Kərimov baş, əl və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.

Basqın edən şəxslər isə hadisə yerindən qaçaraq uzaqlaşıblar. Onların kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi