Lənkəranda iki gün əvvəl qəzaya düşən polislərdən biri dünyasını dəyişib

Lənkəranda iki gün əvvəl qəzaya düşən polislərdən biri dünyasını dəyişib Qəzada ağır xəsarət alan Məmmədov Elşad Mehdi oğlu isə Bakıdakı klinikaların birinə gətirilib
Hadisə
4 Avqust , 2017 09:46
Lənkəranda iki gün əvvəl qəzaya düşən polislərdən biri dünyasını dəyişib

Lənkəran. 4 avqust. REPORT.AZ/ Lənkəranda iki gün əvvəl baş verən qəzada xəsarət alan polis əməkdaşlarından biri dünyasını dəyişib.

"Report"un Cənub bürosunun məlumatına görə, dünyasını dəyişən 1988-ci il təvəllüdlü Niftiyev Fərrux Minəxan oğludur.

Qəzada ağır xəsarət alan Məmmədov Elşad Mehdi oğlu isə Bakıdakı klinikaların birinə gətirilib. 

Xatırladaq ki, hadisə avqustun 2-də Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günəhir yolunda baş verib. Belə ki, "Mercedes" markalı minik avtomobili körpüyə çırpıldıqdan sonra dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfərdən 4-ü ağır, 1-i yüngül xəsarət alıb. Vəziyyəti ağır olan iki nəfər cərrahi əməliyyatı olunub, digərləri isə travmatalogiya şöbəsinə yerləşdiriliblər. Bir nəfərə isə ambulator yardım göstərilib. 

Xəsarət alanlardan Məmmədli Vüsal Rüstəm oğlu (1984), Rzayev Əlizamin Fəraqət oğlu (1986), Məmmədov Elşad Mehdi oğlunun (1983) müalicəsi davam etdirilib. 

Qəzada xəsarət alanların hamısı Masallı rayon Mühafizə Polisinin əməkdaşları olub. Onlar istirahətdən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi