Yuxarı

​Lənkəranda ferma yanıb - FOTO

Hadisə nəticəsində 90 tona yaxın ot tayası yanıb

Bakı. 9 Avqust. REPORT.AZ/ Lənkəran rayonunun Liman şəhərində "Xutor" adlanan yaşayış massivində güclü yanğın baş verib.

"Report" xəbər verir ki, yanğın ümumi sahəsi 2 min kvadrat metr olan fermada qeydə alınıb.

Hadisə nəticəsində 4 min 500 bağlamada 90 tona yaxın ot tayası yanıb. Tələfat barədə məlumat yoxdur. Yanğın baş verən yerə Fövqəladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğının ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində xilasetmə tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi