Lənkəranda ev yanıb, ana və övladı xəsarət alıb

Hadisə
  • 08 noyabr, 2022
  • 22:55
Lənkəranda ev yanıb, ana və övladı xəsarət alıb

Lənkəran rayonunun Digah kəndində ev yanıb, iki nəfər xəsarət alıb.

''Report''un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə 1976-cı il təvəllüdlü Natavan Sənan qızı Hüseynovaya məxsus olan evdə baş verib. Ev sahibi və övladı - Hüseynova Nigar Emin qızı yanğından xilas olmaq üçün özlərini ikinci mərtəbədən aşağı atarkən xəsarət alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.