Lənkəranda dənizdə batan 21 yaşlı gəncin meyiti çıxarılıb

Lənkəranda dənizdə batan 21 yaşlı gəncin meyiti çıxarılıb Dünən axşam saatlarında Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) batan şəxsin meyiti çıxarılıb.
Hadisə
230
28 Avqust , 2021 14:21
Lənkəranda dənizdə batan 21 yaşlı gəncin meyiti çıxarılıb

Dünən axşam saatlarında Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) batan 2000-ci il təvəllüdlü Mahir Ramin oğlu Paşayevin meyiti sudan çıxarılıb.

"Report"un Cənub mərkəzi xəbər verir ki, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün Biləsuvar rayon Əsgərabad kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Ramin oğlu Paşayev yaxınları ilə birlikdə Lənkərana istirahətə gəlib. Hadisə baş verən zaman onun yanında bir neçə yeniyetmə də olub. Dəniz sahilində olan sakinlər köməksiz qalan 4 nəfər yeniyetməni xilas ediblər. M.Paşayev isə batıb.

Son xəbərlər

Orphus sistemi