Lənkəranda boğazında meyvə çəyirdəyi qalan yeniyetmə ölüb

Hadisə
  • 06 iyul, 2017
  • 06:57
Lənkəranda boğazında meyvə çəyirdəyi qalan yeniyetmə ölüb
Report

Lənkəran. 6 iyul. REPORT.AZ/ Lənkəranda boğazında şaftalı çəyirdəyi qalan 14 yaşlı Nəsirzadə Taleh Anar oğlu boğularaq ölüb.

"Report"un cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Səmədzadə küçəsində baş verib.

 Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdıralana qədər yeniyetmə dünyasını dəyişib.