Lənkəranda bir qrup şəxs "Azərişıq" ASC-yə məxsus avtomobili yandırıb

Lənkəranda bir qrup şəxs "Azərişıq" ASC-yə məxsus avtomobili yandırıb Yanğın sakinlər tərəfindən söndürülüb
Hadisə
22 Avqust , 2017 16:53
Lənkəranda bir qrup şəxs Azərişıq ASC-yə məxsus avtomobili yandırıb

Lənkəran. 22 avqust. REPORT.AZ/ Lənkəran rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobil yandırılıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib. 

Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı  bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Nəticədə Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi "Qazel" markalı 18-AC-061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb. Yanğın sakinlər tərəfindən söndürülüb

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi