Lənkəranda avtomobil yolu keçmək istəyən qadını vurub - FOTO

Hadisə
  • 15 iyul, 2017
  • 05:20
Lənkəranda avtomobil yolu keçmək istəyən qadını vurub - FOTO

Lənkəran. 15 iyul. REPORT.AZ/ Lənkəran rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Zərifə Əliyeva küçəsində baş verib. 

Belə ki, şəhərin Hənifə Abdullayeva küçəsinin sakini, 1973-cü il təvəllüdlü Bahar Balamirzə qızı Həbibovanı 42-BO-833 dövlət qeydiyyat nömrəli "Hundai-Elantra" markalı avtomobil vurub. Sürücü dərhal təcili tibbi yardım stansiyasına məlumat verib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 filmi