Lənkəranda avtomobil velosipedçini vurdu

Lənkəranda avtomobil velosipedçini vurdu Lənkəranda velosipedçinin ağır xəsarət almasına səbəb olan yol qəzası baş verib.
Hadisə
19 Fevral , 2020 11:15
Lənkəranda avtomobil velosipedçini vurdu

Lənkəranda velosipedçinin ağır xəsarət almasına səbəb olan yol qəzası baş verib. 

“Report”un Cənub Mərkəzi xəbər verir ki, hadisə ötən gecə Lənkəran şəhərinin Nizami küçəsində qeydə alınıb. 

Belə ki, 99 BB 523 dövlət qeydiyyat nişanlı “Jip” modelli avtomobil yolun kənarı ilə hərəkət edən velosipedçini vurub. Su ötürücü kanalizasiyaya yıxılan yaralı oradan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin kimliyi müəyyən edilib.

Məlum olub ki, o, 1972-ci il təvəllüdlü Lənkəran şəhəri Vaqif Məmmədov küçəsi ev 8-də yaşayan Rahim Balamirzə oğlu Məmmədovdur. Travmatik şok keçirən R.Məmmədova qamış sümüyünün açıq sınığı diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi