Lənkəranda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

Lənkəranda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb Lənkəranda avtomobil ağaca çırpılıb, sürücü ciddi xəsarət alıb.
Hadisə
8 Fevral , 2022 18:46
Lənkəranda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

Lənkəranda avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Liman şəhər sakini Novruz Əmiş oğlu Zeynalovun idarə etdiyi "VAZ 2106" markalı 99 RP 932 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Avtomobilin sürücüsü ciddi bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Təcili tibbi yardım göstərilərək travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi