Lənkəranda avtomaşın mağazaya çırpılıb
Hadisə
- 27 iyun, 2017
- 11:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəran. 27 iyun. REPORT.AZ/ Lənkəranda avtomobil mağazaya çırpılıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Zərifə Əliyeva küçəsində baş verib.
Məlumata görə, "Mercedes" markalı 99 CD 110 dövlət qeydiyyat nişanlı avtomaşın "Lexus GS 300" markalı avtomaşınla toqquşub.
Nəticədə yoldan çıxan "Lexus" supermarketə çırpılıb.
Hadisəyə "Mercedes" sürücüsünün yolda sərt dönmə əməliyyatı həyata keçirməsi və "Lexus" sürcüsünün nəqliyyat vasitəsini böyük sürətlə idarə etməsi səbəb olub.
Qeyd edək ki, "Lexus"un sürücüsü Taleh adlı gənc bir neçə gün əvvəl avtoxuliqanlıq etdiyinə görə, yol polisi əməkdaşları tərəfindən cəzalandırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:12
"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub
Futbol
03:38
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
Digər ölkələr
03:07
Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb
Digər ölkələr
02:40
Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekord müəyyənləşdirib
Futbol
02:14
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
Digər ölkələr
01:50
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
Ekologiya
01:29
İtaliyanın keçmiş polis rəisi mafia ilə bağlı istintaq fonunda intihar edib
Digər ölkələr
00:53
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
Digər ölkələr
00:11
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
Digər ölkələr