Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - SİYAHI - FOTO - YENİLƏNİB-2

Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - SİYAHI - FOTO - YENİLƏNİB-2 Ölən və yaralananların şəxsiyyəti müəyyənləşib
Hadisə
31 Mart , 2018 19:50
Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - SİYAHI - FOTO - YENİLƏNİB-2
Report

Lənkəran. 31 mart. REPORT.AZ/ Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.

"Report"un Cənub bürosunun məlumatına görə, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.

Ölənlər aşağıdakılardır:

1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu

1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu

1976-cı il Aslanov Faiq Tofiq oğlu

Xanımgül Aslanova

Mərziyyə Aslanova

Vəsmə Aslanova

Yaralılar:

Aslanov Ülvi Faiq oğlu, 7 yaş

"Shacman"ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu


***18:38

Lənkəran. 31 mart. REPORT.AZ/ Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report"un Cənub bürosunun məlumatına görə, ölənlərin hamısı "Mitsubishi"də olublar. 

Bir yaralı uşaq xəstəxanaya çatdırılıb.

Ölənlərdən 2-si kişi, 3-ü qadındır.


***18:14

Lənkəran. 31 mart. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Məlumata görə, "Shacman" markalı yük maşını ilə "VAZ-21015" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi