Yuxarı
    Bağlamaq

    Lənkəranda ağır yol qəzası baş verib, bir nəfər yaralanıb

    Sürücü Rafet Əliyev reanimasiya şöbəsinə yerləşdirilib

    Bakı. 18 yanvar. REPORT.AZ/ Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Vilvan kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

    "Report"un məlumatına görə, Masallı rayon sakini, Bakı şəhəri, Nəsimi rayon, Cavadxan küçəsi ev 56, mənzil 101-də yaşayan Əzimov İqbal Ziyad oğlunun idarə etdiyi "Mercedes" markalı 90 TS 068 nömrə nişanlı avtomaşın, Masallı rayonunun Xanalyan kənd sakini Əliyev Rafet Firdovsi oğlunun idarə etdiyi "VAZ 2104" markalı 44 BO 346 nömrə nişanlı avtomobillə toqquşub. 

    Qəza zamanı ağır bədən xəsarətləri alan "VAZ 2104"ün sürücüsü, 26 yaşlı Rafet Əliyev Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Aparılan rentgenoloji və dioqnostik müayinələrdən sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. 

    Qəzanın baş vermə səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyən olunacaq. 

    Dövlət Yol Polisi faktla bağlı araşdırma aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi