Lənkəranda 5 otaqlı ev yanıb
Hadisə
- 29 aprel, 2017
- 13:43
Lənkəran. 29 aprel. REPORT.AZ/ Lənkəran rayonunda 5 otaqlı ev yanıb.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Mamusta kəndində baş verib.
Kənd sakini Rəhimov Ağadadaş Baladadaş oğluna məxsus ümumi sahəsi 120 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb. Ev sahibləri yanğından tez xəbər tutsalar da, qatı tüstüdən evə girmək və əşyaları götürmək mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Hadisə baş verən vaxt evdə heç kim olmadığından xəsarət alan olmayıb. İlkin araşdırmalar zamanı məlum olub ki, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:09
Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb
Hadisə15:06
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Energetika15:05
Foto
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət15:05
Ötən il Azərbaycanda 481 körpə ölü doğulub
Sağlamlıq15:02
Foto
Kamran Əliyev Şəkidə vətəndaşları qəbul edib və xidməti mənzillərə baxış keçirib
Hadisə14:55
"Qarabağ"ın zədəli futbolçularının durumu açıqlanıb, Elvin Cəfərquliyev əməliyyat olunacaq
Futbol14:52
Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 12 %-ə yaxın azalıb
Maliyyə14:50
Serj Sarqsyana 2 maddə ilə ittiham irəli sürülüb - YENİLƏNİB
Region14:46
Foto