Lənkəranda 23 yaşlı qız dəm qazından zəhərlənib

Lənkəranda 23 yaşlı qız dəm qazından zəhərlənib Zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub
Hadisə
30 Noyabr , 2015 17:21
Lənkəranda 23 yaşlı qız dəm qazından zəhərlənib

Bakı. 30 noyabr. REPORT.AZ/ Lənkəranda dəm qazından zəhərlənmə hadisəsi baş verib. "Report"un xəbərinə görə, 20 Yanvar küçəsi, dalan 1 ev ünvanında yaşayan 1992-ci il təvəllüdlü Günel Sultanağa qızı Talıbova yaşadığı evdə ailə üzvləri tərəfindən huşsuz halda aşkar edilib.

O, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. Hazırda Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə zəruri tibbi yardımlar göstərilir, vəziyyəti stabilləşməyə doğru gedir.

Son xəbərlər

Orphus sistemi