Yuxarı

Lənkəranda 2 yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb

Digər yaralı travmatologiya şöbəsinə yerləşdirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Lənkəranda 2 ağır tonajlı yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb. "Report" xəbər verir ki, hadisə Ələt-Astara magistralının 182-ci km-də, Lənkəran rayonunun Qumbaşı kəndindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində xəsarət alan iki nəfərdən biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi