​Lənkəran və Şirvanda yaşayış mənzillərində yanğın olub

​Lənkəran və Şirvanda yaşayış mənzillərində yanğın olub Yanğınlar nəticəsində vətəndaşlara maddi ziyan dəyib
Hadisə
22 Fevral , 2015 10:05
​Lənkəran və Şirvanda yaşayış mənzillərində yanğın olub

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında Lənkəran və Şirvanda yaşayış mənzillərində bir neçə yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran şəhərində baş verən hadisə nəticəsində vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı aynabənddən ibarət evin 2 otağı yanıb.

Digər yanğın Lənkəran rayonuun Vələdi kəndində qeydə alınıb. Burada vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsinin 1 otağında paltar dolabı və xalça yanıb.

Şirvan şəhərində isə vətəndaşa məxsus birmərtəbəli 6 otaqlı evin 4 otağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub

Bütün hallarda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi