Lənkəran sakini özünü güllələyib - FOTO

Lənkəran sakini özünü güllələyib - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Fevral , 2017 17:05
Lənkəran sakini özünü güllələyib - FOTO

Lənkəran. 6 fevral. REPORT.AZ/ Lənkəran rayon sakini ehtiyyatsızlıqdan özünü güllələyib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şağlakücə kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Şərifov Ramal Cəbrayıl oğlu pnevmatik tüfənglə ehtiyatsız davranış nəticəsində  döş qəfəsindən yaralanıb. 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, müayinə zamanı döş qəfəsinin sol yarısında altıncı-yeddinci qabırğaların arasında içəri nüfuz edən qırma aşkar edilib və R.Şərifov əməliyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi