Lənkəran sakini dəmir parçası ilə döyülüb

Lənkəran sakini dəmir parçası ilə döyülüb Hadisə biçin yerində ot bağlaması üstündə düşüb
Hadisə
20 İyun , 2018 21:50
Lənkəran sakini dəmir parçası ilə döyülüb

Lənkəran. 20 iyun. REPORT.AZ/ Lənkəran rayonunun Liman şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, Nəriman Nərimanov küçəsi, 72 ünvanında yaşayan Xalid Həsənov adlı yerli sakin biçin yerində ot bağlaması üstündə iki həmyerlisi ilə mübahisə edib.

Mübahisə sonradan davaya çevrilib və X.Həsənov həmyerliləri tərəfindən dəmir parçası ilə döyülüb. Dava zamanı ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi