Lənkəranda hərbçilər qəzaya düşüb: 1 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTO

Lənkəranda hərbçilər qəzaya düşüb: 1 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTO "Opel Astra" yoldan çıxaraq ağaca çırpılıb
Hadisə
10 Sentyabr , 2015 01:56
Lənkəranda hərbçilər qəzaya düşüb: 1 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTO

Bakı. 10 sentyabr. REPORT.AZ/ Gecə saatlarında Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydə alınan qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

"Opel Astra" markalı "99 HC 226" dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Xaçmaz rayon sakini, Xətai rayonunun Günəşli qəsəbəsində Şıxlinski, 59, mənzil 24-də qeydiyyatda olan sürücü Məmmədli Ramin Qiyaməddin oğlu idarəetməni itirərək yoldan çıxıb. Zərbənin gücündən sürücü maşından kənara düşüb. Nəqliyyat vasitəsinin ağaca çırpıldıqdan sonra sürücünün üzərinə aşdığı bildirilir.

Hadisə zamanı avtomaşında olan sərnişin 1990-cı il təvəllüdlü Ümidov Rasim Novruz oğlu da sağ said sümüyünün açıq yerdəyişən sınıqları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücü xəstəxanaya aparılarkən yolda keçinib.

Dünyasını dəyişən şəxsin "N" saylı hərbi hissənin giziri olduğu və yaralının da həmin hərbi hissədə xidmət etdiyi söylənilir.

Faktla bağlı toplanmış materiallar araşdırılması üçün Hərbi prokurorluğa təhvil verilib.

Son xəbərlər

Orphus sistemi