Lənkəran-Lerik yolu buz bağlayıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb

Hadisə
  • 28 yanvar, 2017
  • 07:10
Lənkəran-Lerik yolu buz bağlayıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb

Lənkəran. 28 yanvar. REPORT.AZ/ Lənkəran-Lerik yolunda qar səbəbindən çətinliklər yaranıb.

“Report”un Cənub bürosunun verdiyi məlumata görə, Lerik rayonu ərazisində dünən axşamdan yağmağa başlayan qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 10 sm təşkil edib.

Lənkəran-Lerik yolunda qar və buzlanma nəqliyyatın hərəkəti üçün problemlər yaradıb. Əraziyə 43 saylı rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub. Yolun müəyyən hissələrinə qum-çınqıl səpilir.

Yolda avtomobillərin intensiv hərəkəti bərpa olunub. Elektrik enerjisi verilişində hələlik problem yoxdur.