Video əlavə olunub
***10:40
Gecə saatlarında Kürdəmir rayonunda baş vermiş yol qəzası zamanı avtomobildə yanaraq ölən sürücünün şəxsiyyəti bəlli olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, 1960-cı il təvəllüdlü Ağdam rayon Xındırıstan kənd sakini Həsənov Vahid Yusif oğludur.
Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 90-ED-530 dövlət nömrə nişanlı BMW markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla gedib və sonra qəfil yanıb.
Faktla bağlı araşdırma aparılır.
***02:10
Fövqəladə Hallar Nazirliyi Kürdəmir rayonunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, rayonunun Xırdapay kəndində "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobilin sürücüsünün (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***01:47
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “90 ED 530” dövlət nömrə nişanlı “BMW” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən sürücü idarəetməni itirib.
Avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla getdikdən sonra qəflətən yanıb. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq dünyasını dəyişib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.