Ağsu-Kürdəmir-İmişli yolunda qəza olub, xəsarət alanlar var
Hadisə
- 03 avqust, 2020
- 15:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “JEEP” markalı avtomobil hərəkətdə olan qoşqulu traktorun arxasına çırpılıb. Nəticədə traktorda olan iki qardaş - 39 yaşlı Abdullayev Sakit Tahir oğlu və 36 yaşlı Abdullayev Akif Tahir oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:56
Azərbaycanda aqrar sahədə vergi güzəştlərinin ümumi məbləği açıqlanıb
ASK
11:53
Milli Məclis gələn il üçün xərclər smetasını qəbul edib
Maliyyə
11:52
Vadeful: Azərbaycan və Almaniya Berlində iqtisadi danışıqların keçirilməsi barədə razılığa gəlib
Xarici siyasət
11:51
Ceyhun Bayramov: TRİPP layihəsinin texniki göstəriciləri Azərbaycanla uyğunlaşdırılmalıdır
Xarici siyasət
11:49
Azərbaycan Çili və Meksikadan gübrə tədarükünü bərpa edib
Biznes
11:46
Dövlət Komitəsi: ABŞ-də Azərbaycan bayrağının endirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil
Diaspor
11:46
Fərid Şəfiyev: Azərbaycan mövcud geosiyasi qütblərdən heç birinə qoşulmur
Daxili siyasət
11:45
Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir
ASK
11:43
Milli Məclis vergi və bir sıra digər qanunvericilik aktlarına dəyişiklikləri I oxunuşda qəbul edib
Maliyyə