TƏBİB Kürdəmirdəki ağır yol qəzasında ölən sürücü ilə bağlı məlumat yayıb - YENİLƏNİB-2
- 24 avqust, 2025
- 19:35
TƏBİB Kürdəmirdə baş verən ağır yol qəzasında ölən sürücü ilə bağlı məlumat yayıb.
"Report"un yerli bürosunun sorğusuna qurumdan cavab olaraq bildirilib ki, saat 13:00 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) həyat əlamətləri olmadan (ölü vəziyyətdə) gətirilib.
Müayinələr nəticəsində bioloji ölüm halı təsdiqlənib.
13:50
Kürdəmirdə baş verən ağır qəzada ölən sürücünün kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu rayonun Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Mənəfli Qafqaz Şahin oğludur.
Qeyd edək ki, "Mercedes" markalı avtomaşın idarəetmədən çıxaraq, yol kənarındaki transformatora çırpılıb. Qəza zamanı sürücü dünyasını dəyişib.
Fakt araşdırılır.
13:03
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən kecən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomaşın idarəetmədən çıxaraq, yol kənarındaki transformatora çırpılıb. Qəza zamanı sürücü dünyasını dəyişib. Onun kimliyi müəyyənləşdirilir.
Fakt araşdırılır.