Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə
  • 10 noyabr, 2019
  • 12:18
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Belə ki,  "Niva"nın sürücüsü Şükürov Əfqan Səməd oğlu və onun sərnişinləri - Əliyev Vüqar Xancan oğlu və Qarayev Ayaz Bayılxan oğlu müxtəlif növ bədən xəsarati alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


***12:24

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Niva" markalı avtomobil toqquşub. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB