Yuxarı

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub - FOTO

​Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası olub

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 177 km-də, Kürdəmirin Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 69 yaşlı Kürdəmir sakini Nəsibov Əvəz Veys oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən, ona arxadan gələn 25 yaşlı Abşeron sakini Həbibov Azər Natiq oğlunun idarə etdiyi DAF markalı yanacaqla dolu yük maşını çırpılıb. Nəticədə "Kamaz"ın sürücüsü Nəsibov Əziz Veys oğlu müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir RMX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi