Kürdəmirdə qətl hadisəsini törədən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB
- 12 may, 2020
- 22:03
Kürdəmirdə 45 yaşlı C.Cəbrayılovu qətlə yetirən şəxsin kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, Kürdəmirin Atakişili kəndinin 30 yaşlı sakini İslamov Rahim Nəsir oğludur. Qeyd edək ki, o, əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Şilyan kənd sakini, 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlu bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
12.05.2020***21:42
Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
“Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Atakişili kəndində qeydə alınıb.
Şilyan kənd sakini, 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlu naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.