Kürdəmirdə "QAZ-2410" "KamAZ"a çırpılıb, ölənlər var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə "QAZ-2410" "KamAZ"a çırpılıb, ölənlər var - FOTO - VİDEO - YENİLƏNİB Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adlraı məlum olub.
Hadisə
24 Noyabr , 2019 01:12
Kürdəmirdə QAZ-2410 KamAZa çırpılıb,  ölənlər var - FOTO - VİDEO - YENİLƏNİB
Foto: "Report"

Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adlraı məlum olub. 

"Report"un yerli bürosu xəbər ki, "QAZ-2410" markalı avtomobilin sürücüsü Əhmədov Mehman Surxay oğlu idarə etdiyi nəqliyyat vasitəsini arxadan "KamAZ" markalı yük maşınına çırpıb. Nəticədə "QAZ-2410" markalı avtomobilin sürücüsü Mehman Əhmədov və onun sərnişini İbadov Vüqar Arif oğlu aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyalarını dəyişiblər.

Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.


*** 00:13

Kürdəmir rayopnunda ölümlə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZ-2410" markalı avtomobillə "KamAZ" markalı yük maşını toqquşub. Qəza zamanı iki nəfərin öldüyü bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ölənlərin şəxsiyyəti hələlik məlum deyil.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi