Kürdəmirdə piyadanı maşın vurub, sürücü qaçıb

Kürdəmirdə piyadanı maşın vurub, sürücü qaçıb Kürdəmir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 Mart , 2019 21:16
Kürdəmirdə piyadanı maşın vurub, sürücü qaçıb

Kürdəmir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü yerli sakin Əmirov Elmurad Elgün oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. O, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qazaxda yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi