Kürdəmirdə həmkəndlisini güllələyərək öldürən şəxs saxlanılıb

Kürdəmirdə həmkəndlisini güllələyərək öldürən şəxs saxlanılıb Prokurorluq Kürdəmirdəki qətl hadisəsi ilə bağlı məlumat yayıb
Hadisə
181
31 İyul , 2021 11:16
 Kürdəmirdə həmkəndlisini güllələyərək öldürən şəxs saxlanılıb

İyulun 30-u saat 15 radələrində Kürdəmir rayon, Dayıkazımlı kənd sakini 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan "Report"a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi