Kürdəmirdə evlərdən oğurluq edənlər tutuldu

Kürdəmirdə evlərdən oğurluq edənlər tutuldu Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçiriləntədbirlər nəticəsində avqust ayında rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
28 Avqust , 2020 12:03
Kürdəmirdə evlərdən oğurluq edənlər tutuldu
0 : 00
0 : 00

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avqust ayında rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunmuş - Ramil MəmmədovRaqif Məmmədov saxlanılıblar. 

Araşdırmalarla onların 1 ədəd  televizor, spirtli içkilər və müxtəlif bijuteriya əşyaları oğurlamaqla şikayətçiyə 1 500 manat məbləğində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.  

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi