Kürdəmirdə avtomobil yolun kənarına aşıb, 4 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Kürdəmirdə avtomobil yolun kənarına aşıb, 4 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
3 Noyabr , 2019 17:25
Kürdəmirdə avtomobil yolun kənarına aşıb, 4 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində sürücü 1984-cü il təvəllüdlü Mehdiyev Zahir Zakir oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarına aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1993-cü il təvəllüdlü Mehdiyeva Suranə Oruc qızı, 1965-ci il təvəllüdlü Mehdiyeva Surayə Şıxəli qızı və 2015-ci il təvəllüdlü Mehdiyev Samir Zahir oğlu müxtəlif növ bədən xəsarəti ilə rayon xəstəxanasına çatdırılıblar.


*** 14:59

Kürdəmir rayonunda ağır  yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. qəza nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi