Kürdəmirdə avtomobil aşıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Hadisə
  • 05 iyul, 2019
  • 16:35
Kürdəmirdə avtomobil aşıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Kürdəmir rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, bunlar Saatlı rayon sakini, 1985-ci il təvəllüdlü Əzizağa Aslan oğlu Əsədov, Sabunçu rayon sakinləri - 1986-cı il təvəllüdlü Vüsalə Müqabil qızı Əsədova, 2007-ci il təvəllüdlü Əfsanə Əzizağa qızı Əsədova və 2018-ci il təvəllüdlü Əsnad Əzizağa qızı Əsədovadır.


*** 19:37

Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə ikisi uşaq olmaqla bir ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.