Kürdəmirdə 59 yaşlı kişini avtomobil vurub

Kürdəmirdə 59 yaşlı kişini avtomobil vurub Kürdəmir rayonunda 59 yaşlı piyadanı avtomobil vurub.
Hadisə
1 İyul , 2019 13:56
Kürdəmirdə 59 yaşlı kişini avtomobil vurub

Kürdəmir rayonunda 59 yaşlı piyadanı avtomobil vurub. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Pirili kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Fərhad Məmmədkərim oğlu Kərimovu qapalı kəllə beyin travması diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə gondərilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi